• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İŞİD-ə qatılan ikiqat dünya çempionu öldürüldü - VİDEO/FOTO

  • Dünya
  • 8 İyul 2015 01:33
  • 1 228 Baxış
İŞİD-ə qatılan ikiqat dünya çempionu öldürüldü - VİDEO/FOTO

İŞİD terror qruplaşmasına qoşulan muay-tay döyüş növü üzrə yüngül çəkidə ikiqat dünya çempionu, 28 yaşlı Almaniya vətəndaşı Valdet Qaşi öldürülüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Kosova əsilli idmançının Suriyada gedən döyüşlərdə öldürüldüyü bildirilir.

Ölüm xəbəri Qaşinin qardaşı tərəfindən “Facebook” hesabından verilib. Onun ötən həftənin şənbə günü öldüyü deyilir. Amma Qaşinin necə və hansı şəraitdə öldüyü məlum deyil.

Qeyd edək ki, ABŞ-ın liderlik etdiyi koalisiyanın döyüş təyyarələri İŞİD-in “paytaxt” adlandırdıqları Suriyanın Rakka şəhərini ötən həftənin şənbə günü bombalayıb. Əməliyyatda çoxlu sayda İŞİD üzvünün öldüyü açıqlanıb.

Bir neçə aydır ailəsini aldadaraq Tailandda olduğunu deyən Valdet Qaşi bu ilin yanvarından terror təşkilatının sıralarına qoşulmuşdu. Ötən ay Suriyanın SRF kanalına telefonla danışan Qaşi Suriyada müasir xəlifəliyin qurulması üçün mübarizə apardığını və bunun uğrunda şəhid olacağı halda böyük xoşbəxtlik duyacağını bildirmişdi.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR