İŞİD zarafatına görə işlərini itirdilər
Bizi izləyin

Dünya

İŞİD zarafatına görə işlərini itirdilər

Böyük Britaniyanın HSBC bankının əməkdaşları İŞİD-in baş kəsmə videosunu canlandırdığı üçün işdən qovulublar.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bir nəfərin qurban rolunu oynadığı 8 saniyəlik videoda digər dörd nəfər təkbir səsləri ilə baş kəsmə təqlidi edirlər.

“Instagram”a qoyulan video qısa müddətdən sonra götürülüb, lakin “The Sun” videonu əldə edə bilib. Əməkdaşlarını işdən qovan HSBC videoya görə üzr istəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm