Əfqanıstanda NATO kolonuna hücum olub
Bizi izləyin

Dünya

Əfqanıstanda NATO kolonuna hücum olub

Əfqanıstanın paytaxtı Kabildə NATO-nun avtomobil kolonuna kamikadze hücumu təşkil edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hücumda bir NATO səlahiyyətlisi və bir Əfqanıstan vətəndaşı yaralanıb.

Hadisə şahidləri bir ağ avtomobilin bölgədəki hərbi bazaya gedən zirehli avtomobillərdən birinə çarparaq partladığını bildiriblər. Zirehli avtomobil və yaxınlıqdakı digər avtomobil tamamilə yanıb.

Hücuma görə məsuliyyəti Taliban təşkilatı üzərinə götürüb. Təşkilatın sözçüsü Zabiullah Mücahid çox sayda NATO səlahiyyətlisinin öldürüldüyünü iddia edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm