Amerikalı senator Rusiyanı zəbt etməyə çağırdı
Bizi izləyin

Dünya

Amerikalı senator Rusiyanı zəbt etməyə çağırdı

Amerikalı senator Uiker Rocer Krım yarımadasını zəbt edən Rusiyaya eyni şəkildə cavab verməyə çağırıb.

Publika.az xəbər verir ki, senator çağırışı “Amerikanın səsi” radiosuna açıqlamasında səsləndirib.

Onun fikrincə, təcavüz aktını Moskvaya tərəf geri çevirmək lazımdır: “Krımın zəbtinə güclə cavab vermək lazımdır. Bu, məhz Putinun anladığı üsuldur”, - Uiker deyib.

Senator əlavə edib ki, Rusiyanın ATƏT-in Parlament Assambleyasının yay sessiyasında iştirakdan imtinası təbliğatçılıq taktikasıdır. Onun fikrincə, Moskva özünün nümayəndə heyətini Finlandiya hökumətinin qurbanı kimi təqdim etməyə çalışır.

Qeyd edək ki, Finlandiya hakimiyyəti sanksiyalar siyahısına düşən rusiyalı parlamentarilərə, həmçinin Dövlət Dumasının sədri Sergey Narışkinə viza verməkdən imtina edib. Bu addıma cavab olaraq Rusiya Federasiyasının nümayəndə heyəti tam heyətdə Finlandiyanın paytaxtına getməməyə qərar verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm