Qız ona sataşan oğlanı polis bölməsində döydü - VİDEO
Bizi izləyin

Dünya

Qız ona sataşan oğlanı polis bölməsində döydü - VİDEO

Hindistanlı gənc qız ona sataşan oğlanı polis bölməsində döyüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Uttar-Pradeş ştatında baş verib.

Gənc qız oxuduğu kollecdə qızlara qarşı ədəbsiz hərəkətləri ilə tanınan oğlanı təklikdə cəzalandırmaq qərarına gəlib. O, velisipedi ilə oğlanın yolunu kəsib və onu polis bölməsinə aparıb. Burada oğlanı polisin gözləri qarşısında döyən qız onu ayağını öpməyə məcbur edib.

Polis isə hadisəni sakitcə izləyib. Qız cavan oğlanın hərəkətləri ilə bağlı polisə şikayət etməsə də, polis rəisi araşdırmanın aparılması barədə göstəriş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm