Dünya
Kiyev Rusiya qazının tranzit şərtlərini açıqladı
Kiyev Rusiya qazının Avropaya tranzitinin şərtlərini açıqlayıb.
Publika.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, Ukraynanın baş naziri Arseniy Yasenyuk ötən il Avropa Birliyi, Ukrayna və Rusiya arasında qazın çatdırılması və tranziti haqqında əldə olunan razılaşmanın icrasının davam etdirilməsini istədiyini bildirib.
“Rusiya qazının hazırkı bazar qiyməti min kubmetr üçün 250 dollar təşkil edir. Amma rusların fikrincə, onlar qazı 300 dollara sata və deyə bilərlər ki, 50 faiz endirim edirlər. Bu? endirim deyil, bazardır. Biz “Qazpprom”a dotasiya verməyəcəyik”, - Ukraynanın baş naziri deyib.
Dünən Ukrayna prezidenti Pyotr Poroşenko iyulun 7-də bildirib ki, “Naftoqaz” və “Qazprom” arasındakı tranzit razılaşması uzadıla bilər: “Əminəm ki, “Naftoqaz” və “Qazprom” arasındakı tranzit razılaşması 2019-cu ildən sonra da davam etdiriləcək. Çünki bunun alternativləri yoxdur”.
Xatırladaq ki, “Qazprom” iyulun 1-dən qazın Ukraynaya çatdırılmasını dayandırıb. Şirkət mavi yanacaq üçün Ukrayna tərəfindən ödənişin əvvəlcədən edilməsini tələb edir. Öz növbəsində, Ukrayna tərəfi qiymətdə razılaşma olmadığı üçün Rusiya qazını almaqdan imtina edib.
Ömər Dağlı
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial28 Mart 20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO