Ərdoğanla şəkil çəkdirən keçmiş baş nazir İŞİD-i dəstəklədi - FOTO
Bizi izləyin

Dünya

Ərdoğanla şəkil çəkdirən keçmiş baş nazir İŞİD-i dəstəklədi - FOTO

Əfqanıstanın “Hizb-i İslami” təşkilatının lideri Gülbəddin Hikmətyar İŞİD terror qruplaşmasına dəstəyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə “International Business Times” nəşri yazıb.

1977-ci ildə qurulan “Hizb-İslami” 1979-cu ildə SSRİ işğalına qarşı döyüşüb. Gülbəddin Hikmətyar paytaxt Kabilin Talibanın əlində olduğu 1993-1996-cı illərdə baş nazir olub.

Qeyd edək ki, son iki ayda Əfqanıstanın şərq bölgəsində İŞİD-in təsirinin artdığı, təşkilatla Taliban arasında tez-tez qarşıdurmaların baş verdiyi bildirilir.

Ötən ayın ortalarında Taliban təşkilatı İŞİD lideri Əbubəkr əl-Bağdadiyə məktub yazıb. Talibanın liderlərindən olan Ahter Mohammed Mənsur tərəfindən yazılan açıq məktubda Liviya, İraq və Suriyada təsirli olan İŞİD-dən Əfqanıstanda yeni qrupların qurulmaması istənilib. Mətbuatda İŞİD-in Əfqanıstanda yeni qruplar qurmağa çalışdığı, bu qrupların islam, müsəlmanlar və İŞİD üçün zərərli olacağı deyilib.

Bildirilib ki, Taliban Əfqanıstanda cihad fəaliyyətinə yalnız özünün bayrağı altında icazə verəcək.

Türkiyənin “Sözçü” qəzeti isə hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın 1993-cü ildə Rifah Partiyasında olduğu vaxt Hikmətyarla çəkdiyi fotonu dərc edib.

Fotoşəkil Hikmətyarın İstanbula səfəri zamanı çəkilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm