Şok iddia: İsa peyğəmbər eynicinsli nikahları bəyənərdi
Bizi izləyin

Dünya

Şok iddia: İsa peyğəmbər eynicinsli nikahları bəyənərdi

ABŞ-ın keçmiş prezidenti Cimmi Karter İsa peyğəmbərin eynicinsli nikahlara münasibətindən danışıb.

Publika.az “The Huffington Post” nəşrinə istinadən xəbər verir ki, 90 yaşlı siyasətçinin fikrincə, İsa peyğəmbər eynicinsli nikahları bəyənərdi.

Qeyd edək ki, bu fikirlər keçmiş prezidentin “Tam həyat: doxsan ildə” memuarında yer alıb.

“Düşünürəm, İsa istənilən sevgini dəstəkləyərdi. Əgər bu sevgi dürüst və səmimidirsə, eyni zamanda heç kəsə ziyan vurmursa. Mən eynicinsli nikahların kiməsə ziyan vurduğunu görmürəm”, - “The Huffington Post” siyasətçinin memuarından sitat gətirir.

Xatırladaq ki, ABŞ-ın Ali Məhkəməsi 26 iyunda bütün ölkə ərazisində eynicinsli nikahları leqallaşdırıb. Əvvəllər bu cür nikahlara ABŞ-ın 50 ştatından 37-də rəsmi icazə verilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm