Azərbaycanlı milyarderin ortağı edam oluna bilər
Bizi izləyin

Dünya

Azərbaycanlı milyarderin ortağı edam oluna bilər

Türkiyədə böyük səs-küyə səbəb olan 17-25 dekabr 2013-cü il əməliyyatında açar şəxs hesab olunan azərbaycanlı iş adamı Rza Zərrabın ortağı olduğu deyilən iranlı milyarder Babək Zəncani üçün 200 min səhifəlik iddia hazırlanıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, saxta sənədləri düzəldərək İran dövlətinə 2 milyard 800 milyon dollar zərər vurmaqda ittiham olunan Babək Zəncanini edam cəzası gözləyir.

Babək Zəncani həmçinin İran neftinin “qara bazar”da satışından qanunsuz gəlir əldə etməkdə təqsirləndirilir. 2013-cü ilin dekabrında həbs olunan Zəncaninin işinə bu günə qədər çoxlu edam hökmünü verən hakim Əbul Kasım Salavati baxacaq.

İranlı milyarderin cinayət işi Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinə göndərilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm