Türkiyə Qətərdə daimi hərbi qərargah yaradır
Bizi izləyin

Dünya

Türkiyə Qətərdə daimi hərbi qərargah yaradır

Türkiyə Silahlı Qüvvələri Qətər ərazisində özünün daimi hərbi qərargahını yaradır.

Publika.az-ın məlumatına görə, bu barədə dünyaca məşhur olan “Al-Monitor” internet jurnalı xəbər yayıb.

Məlumata görə, sözügedən hərbi qərargah 2015-ci ilin martında Türkiyə ilə Qətər arasında imzalanan hərbi əməkdaşlıq haqqında razılaşma çərçivəsində həyata keçirilir.

Türkiyə və Qətər arasında imzalanmış bu sənəd isə hərbi təlim, müdafiə sənayesi, birgə hərbi və taktiki təlimlər, kəşfiyyat məlumatlarının mübadiləsi və sairə məsələləri özündə əks etdirir.

Türkiyə və Qətər dövlətləri arasında imzalanan hərbi əməkdaşlıq sənədində ən vacib məqam isə türk hərbçilərinin lazım gələn zaman Qətər dövləti ərazisində fəaliyyətinə icazə verilməsi ilə bağlıdır.

Məlumata görə, Türkiyənin Qətər ərazisində hərbi qərargah qurması barədə təklif qarşı tərəfdən gəlib.

“Yəqin ki, elə böyük hərbi potensialı olmayan Qətər dövləti bölgədə ona qarşı təhlükə yaradan İran və Suriyanın təhdidindən sığortalanmaq üçün strateji müttəfiqi olan Türkiyəyə müraciət edib. Güman olunur ki, güclü NATO ölkəsi olan Türkiyə öz hərbi təcrübəsini kifayət qədər zəngin, amma hərbi müdafiə gücü istənilən qədər olmayan Qətər ərəb dövləti ilə bölüşəcək”, - deyə “Al-Monitor” jurnalında qeyd olunur.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm