Girdimançayda daşqın
Bizi izləyin

Ekologiya

Girdimançayda daşqın

Ötən gün ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar olaraq respublikanın əksər çaylarında artım qeydə alınıb.

Ötən gün ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar olaraq respublikanın əksər çaylarında artım qeydə alınıb.

Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, artım əsasən Quba-Xaçmaz bölgəsi ərazisindəki Qudyalçayda 2sm, Vəlvələçayda 11sm, Lənkəran-Astara bölgəsi ərazisindən axan Viləşçayda 8sm, Vəşəriçayda 4sm artım qeydə alınıb: “İri tranzit çayları olan Qanıqçayda 3sm,Kür çayının yuxarı hissəsi olan Qıraqkəsəmən məntəqəsində 3sm, Qarasuçayda 20 sm artım qeydə alınıb. Çayların suyunun artması daşqın və sel təhlükəsi yaratmayıb.Yalnız Girdimançayda qısa müddətli daşqın baş verib. Dünən axşam saatlarında qısa müddətli sel keçib. Bu gündən etibarən suyun səviyyəsində azalma müşahidə olunub”.

A.Verdiyevin sözlərinə görə, bu gündən etibarən yağışların nisbətən kəsilməsi növbəti günlərdə çaylarda sel təhlükəsi ehtimalına əsas vermir: “Bu gün yağışlı hava müşahidə edilməyəcək. Lakin sabah bəzi bölgələrdə yağış proqnozlaşdırılsa da, bu ötən günkü kimi intensiv olmayacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm