Bakını niyə su basdı? - AÇIQLAMA
Bizi izləyin

Ekologiya

Bakını niyə su basdı? - AÇIQLAMA

Dünən axşam saatlarında paytaxtın əksər küçə və prospektlərində yağış suları yığılıb qalması nəticəsində avtomobillərin hərəkətində problemlər yaranıb.

Dünən axşam saatlarında paytaxtın əksər küçə və prospektlərində yağış suları yığılıb qalması nəticəsində avtomobillərin hərəkətində problemlər yaranıb. Demək olar ki, küçələrdə hərəkət məhdudlaşıb. Bu paytaxtda sanki kanalizasiya sisteminin işləməməsi təəssüratı yaradıb.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Publika.az-a açıqlamasında bütün küçə və prospektlərdə kanalizasiya sisteminin işlədiyini deyib: “Yağan yağışın küçələrdə yığılıb qalması kanalizasiya xətlərinin həddindən artıq yüklənməsi ilə əlaqədardır. Yağışın miqdarı həddindən artıq çox olub, buna görə də problemlər yaranıb. Paytaxtda kanalizasiya xətləri məişət-təsərrüfat sularının, müəssisələrin çirkab sularının axıdılmasına hesablanıb. Küçələrdə toplanan yağış suları ora qoşulur və dünənki kimi yağıntı olanda həmin kanalizasiya xətləri həddindən çox yüklənib. Nəticədə kanalizasiya sistemi suyun daşınmasını çatdıra bilməyib”.

A.Cəbrayıllı bildirib ki, paytaxtın bütün küçə və prospektlərində oxşar vəziyyət müşahidə edilib: "Əsasən yağıntılar Dərnəgül ərazisində qalırdı. İndiyə qədər heç vaxt “Azneft” dairəsində suyun yığılması müşahidə edilməyib. Dünən ilk dəfə idi ki, belə halla qarşılaşırdıq. “Azərsu”ya məxsus xüsusi texnikalar, nasoslar vasitəsilə yağıntının fəsadlarının aradan qaldırılması üçün gecə saatlarına qədər işləyib. Bizimlə yanaşı FHN işçiləri, Bakı şəhər İcra Hakimiyyətinin, “Azəravtoyol” ASC-nin və digər qurumların əməkdaşları da problemin aradan qaldırılması üçün çalışıb. Gecə 02 radələrində yağış dayanandan sonra artıq küçələrə yığılan sular da çəkilmişdi”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm