1980-ci ilə qayıdan Bakı
Bizi izləyin

Ekologiya

1980-ci ilə qayıdan Bakı

Ötən gün Bakıda və Abşeron yarımadasına düşən yağıntı normaldan bir neçə dəfə çox olub.

Ötən gün Bakıda və Abşeron yarımadasına düşən yağıntı normaldan bir neçə dəfə çox olub.

Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, ötən gün Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 18-65 mm (aylıq normanın 104-381 faizi) olub. Bu da təxminən normadan 4-5 dəfər çoxdur.

A.Verdiyev bildirib ki, bu cür yağıntı sentyabr ayı üçün xarakterik olmasa da, əvvəlki illərdə də müşahidə edilib.

Sonuncu dəfə sentyabr ayında belə hadisə 1980-ci ildə baş verib. O zaman da düşən yağıntı miqdarı buna yaxın olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm