Lerik rayonunun 70 yaşayış məntəqəsinə qar yağıb
Bizi izləyin

Ekologiya

Lerik rayonunun 70 yaşayış məntəqəsinə qar yağıb

Dağlıq Lerik rayonuna bu ay ikinci dəfə qar yağıb.

Dağlıq Lerik rayonuna bu ay ikinci dəfə qar yağıb.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, yağıntı rayonun 70-ə yaxın yaşayış məntəqəsini əhatə edib. Belə ki, qarın hündürlüyü ucqar ərazilərdə 20-25 sm, Lerik şəhərində isə 5-10 sm təşkil edib. Qar yağışı rayonda hər hansı ciddi çətinliklər yaratmayıb. Lənkəran-Lerik şosesində sürüşmə aktivliyinin artması səbəbindən yolda xırda uçqunlar baş versə də, 43 saylı rayon yol-istismar sahəsinin işçi qüvvəsinin və ağır texnikasının köməyi ilə problem operativ qaydada aradan qaldırılıb.

Rayona elektrik enerjisinin, təbii qazın və içməli suyun verilməsində də heç bir çətinlik yaşanmayıb.

Ucqar yaşayış məntəqələrinə gedən avtomobil yollarının nəzarətə götürüldüyünü bildirən icra rəsmisi lazım gəldiyi təqdirdə qum və duz ehtiyatından istifadə ediləcəyini söyləyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Hidrometeoroloji Müəssisəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, cənub bölgəsində qeyri-sabit hava şəraiti oktyabrın 27-ə kimi davam edək. Bu gecə yüksək dağlıq ərazilərdə temperaturun mənfi 1-2 dərəcəyə kimi enəcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm