Şamaxıda sürüşmə təhlükəsi artıb - - FOTO/VİDEO
Bizi izləyin

Ekologiya

Şamaxıda sürüşmə təhlükəsi artıb - - FOTO/VİDEO

Şamaxıda sürüşmələr dünən axşamdan etibarən yenidən aktivləşib.

Şamaxıda sürüşmələr dünən axşamdan etibarən yenidən aktivləşib.

Sürüşmə ocaqlarında təkrar uçqunlar baş verərək təhlükəli vəziyyət yaradıb. Havaların qarlı-şaxtalı keçdiyi bir vaxtda torpaq uçqunları da səngimək bilmir. Artıq bir neçə sürüşmə nöqtəsində təkrar uçqunlar yaşanıb. Sürüşmə hər gün evlərə doğru yaxınlaşır. Dünən gecə yaşanan sonuncu torpaq uçqunu real təhlükədən xəbər verir. Ev sahibi Qiyas İlyasov gecələr yaşanan uçqunun ev sakinləri üçün qorxuya səbəb olduğunu deyir: "Bura sürüşməmişdi. Bu gecə 1 metr yarım sürüşüb".

Artıq sürüşmə nöqtəsində iri yarğanlar yaranıb. Qarın yağdığı gündən indiyədək baş verən sürüşmə əraziləri açıq aşkar şəkildə üzə çıxıb. Sonuncu sürüşmə nəticəsində evin yaxınlığındakı kiçik tikili qəzalı vəziyyətə düşüb. Bu cür davam edərsə tikilinin uçma təhlükəsi var.

Mövcud problemlə bağlı artıq Ekalogiya və Təbii sərvətlər Nazirliyinə məlumat verilib. (ARB)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm