Temperatur 5° enəcək, qar yağacaq - XƏBƏRDARLIQ
Bizi izləyin

Ekologiya

Temperatur 5° enəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Dekabrın 1-dən 3-ü gündüzədək Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit keçəcək.

Dekabrın 1-dən 3-ü gündüzədək Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, ölkə ərazisində arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Sabah, dekabrın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraiti buludlu olacaq. Paytaxtda və yarımadada arabir yağış yağacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütünu təşkil edəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz bəzi rayonlarda yağıntıda fasilə olacaq. Bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm