Ekologiya
Sürüşmə təhlükəsinin qarşısını almaq üçün YENİ NORMALAR hazırlandı
Azərbaycanda ərazilərin, binaların sürüşmə və uçqunlardan mühafizəsi üçün məcburi tətbiq olunacaq yeni normalar hazırlanıb.
Yeni tələblər “Ərazilərin, bina və qurğuların sürüşmə və uçqunlardan mühəndis mühafizəsi” adlı sənəd layihəsində əks olunub.
Bu normalar ərazilərin, bina və qurğuların sürüşmə və uçqun proseslərindən mühəndis mühafizəsinin tikinti və istismarının layihələndirilməsinə şamil olunacaq.
Yeni normalar mülkiyyət formasından asılı olmayaraq, sürüşmə və uçqunlardan obyektlərin mühəndis mühafizə layihələndirilməsini, tikintisini və istismarını həyata keçirən bütün hüquqi və fiziki şəxslər üçün məcburi olacaq.
Layihəyə əsasən, seysmik rayonlarda və digər təhlükəli geoloji proseslərin (sualtında qalma, subasma, eroziya, abraziya, karstlaşma və s.) inkişaf etdiyi rayonlarda obyektlərin sürüşmə və uçqun proseslərindən mühafizəsini layihələndirdikdə tikinti norma və qaydaların əlavə tələbləri də nəzərə alınmalıdır.
Quraqlıq ərazilərdə ot örtüklərinin, kolluqların və ağacların suvarılması üçün verilən suyun miqdarına ciddi nəzarət olunmalı, əksər hallarda isə müasir damla ilə suvarma metodundan istifadə olunmalıdır.
Mühəndis mühafizəsi obyektlərinin tikintisi zamanı, xüsusilə yaz, payız və yağışlı müddətdə nəzərdə tutulmayan işlərin görülməsi və fasilələrin edilməsi qəti qadağandır. (trend)
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar