XƏBƏRDARLIQ: Qar yağacaq, yollar buzlayacaq
Bizi izləyin

Ekologiya

XƏBƏRDARLIQ: Qar yağacaq, yollar buzlayacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabrın 5 və 6-da respublika ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Bəzi yerlərdə zəif duman, çiskin olacağı, lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturunun gecə 3-5° isti, gündüz 6-8° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütünundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq yağış, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm