Sabahın HAVASI: Şaxta, buz...
Bizi izləyin

Ekologiya

Sabahın HAVASI: Şaxta, buz...

Gecə və səhər yollar buz bağlayacaq.

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclü cənub-qərb küləyi əsəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a məlumat verilib.

Məlumatda bildirilir ki, havanın temperaturu gecə 2-5° şaxta, gündüz 3-5° isti,Bakıda gecə 3-5° şaxta, gündüz 3-5° isti təşkil edəcək.Atmosfer təzyiqi xeyli aşağı 775 mm civə sütünundan 762 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 85-95 %, gündüz 65-70 % təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.

Dekabrın 9-da Bakıda və Abşeron yarımadasında arabir güclü cənub-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın minimal temperaturu 2-5° şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var. Dekabrın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda güclü gilavar küləyinin əsməsi meteohəssas insanlar üçün əlverişsizdir. Dekabrın 10-da isə meteoroloji amillərin mülayim tərəddüdü nisbətən əlverişsizdir.

Rayonlarda da hava əsasən yağmursuz. Gecə və səhər ayrı-ayrı yerlərdə duman.

Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm