Uzunboylularla bağlı XƏBƏRDARLIQ - - FOTO/VİDEO
Bizi izləyin

Ekologiya

Uzunboylularla bağlı XƏBƏRDARLIQ - - FOTO/VİDEO

Uzunboylularla bağlı XƏBƏRDARLIQ

Dünyanın ən uzunboylu məməlisinin sayının son 30 ildə 40 faiz azaldığı məlum olub.

Publika.az-ın xəbərinə görə, Beynəlxalq Təbiəti Qoruma Birliyi (IUCN) Zürafələrin nəslinin tükənmə ehtimalının olduğu xəbərdarlığını edib. Zürafələr də artıq “qırmızı kitaba” düşən heyvanlar arasındadır.

1985-ci ildə təxminən 155 min olan zürafələrin sayının 2015-ci ildə 97 minə qədər azaldığı bildirilir.

Tədqiqatçılar zürafə sayındakı bu enişin tamamilə insanlarla bağlı olduğunu bildirir. Onlar həyat sahələrinin daralmasının, Afrikadakı regional qarşıdurmaların və qanunsuz ovlanmanın zürafələr üçün başlıca təhdid meydana gətirdiyini söyləyirlər.

Qeyd edək ki, qarşıdurmaların sıx olduğu Şərqi Afrikada isə bəzi zürafə növlərinin sayı son 30 ildə 95 faiz azalıb.

Dilruba Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm