Qorxunc qar XƏBƏRDARLIĞI: Soyuqlar onlarla can aldı - FOTOLAR
Bizi izləyin

Ekologiya

Qorxunc qar XƏBƏRDARLIĞI: Soyuqlar onlarla can aldı - FOTOLAR

Qar XƏBƏRDARLIĞI

Son günlər Avropada tüğyan edən kəskin soyuqlar 20 nəfərin ölümünə səbəb olub.

Publika.az xəbər verir ki, Böyük Britaniyada havanın temperaturu mənfi 10 dərəcəyə enib. Növbəti cümə gününə qədər qarlı hava şəraitinin hökmran olacağı bildirilir. Ölkənin sinoptikləri artıq İngiltərənin buz bağlayacağı ilə bağlı xəbərdarlıq edir.

Kanadadan ölkəyə soyuq hava kütləsinin axını gözlənilir ki, bu da qar və güclü küləklə müşahidə ediləcək. Oxşar vəziyyət Şotlandiyada da qeydə alınacaq.

Adətən qışın daha yüngül keçdiyi Yunanıstan adalarında qar yağıb, Polşada soyuq hava mənfi 30 dərəcəyə çataraq 10 nəfərin həyatına son qoyub. O cümlədən İstanbulda üç gün qar yağıb, Bosfor boğazı bağlanıb, ölkənin ən böyük hava limanında bir çox reyslər təxirə salınıb. Bəzi ölkələrdə “sarı” və “narıncı” təhlükə kodu elan olunub.

Serbiyada miqrantlar üçün park və müvəqqəti sığınacaqlarda kiçik sığınacaqlar tikilib.

Artıq bəzi Avropa ölkələrində şaxtalı hava səbəbindən kəndlərdə elektrik enerjisində problem yaranıb, çaylar, göllər donub, hava nəqliyyatının işində çətinliklər yaranıb.

İtaliyanın 8 nəfər soyuqdan ölüb, onlardan biri Milan şəhərində istifadə edilməyən binanın zirzəmisində aşkarlanıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm