Ekologiya
Hava XƏBƏRDARLIĞI: Qar yağacaq, yollar buz bağlayacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Günün ikinci yarısında bəzi yerlərdə yağış yağacağı, axşama doğru sulu qara keçəcəyi ehtimalı var.
Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-5° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 3-5° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 80-90% təşkil edəcək.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Gündüz bəzi
yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar
yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın
temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-7° isti,
dağlarda gecə 4-8° şaxta, gündüz 0-4° şaxta olacağı gözlənilir.
Nazirlik xəbərdarlıq edir ki, yanvarın 22-si gündüzdən 23-ü gündüzədək əsasən şimal və şərq rayonlarında yağış, sulu qar, qar yağacağı gözlənilir. Böyük Qafqazın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq.
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama