Xərçəng xəstəliyi ilə bağlı İNQİLABİ YENİLİK - VİDEO
Bizi izləyin

Ekologiya

Xərçəng xəstəliyi ilə bağlı İNQİLABİ YENİLİK - VİDEO

Alim inqilabi yeniliyə nail olub.

Evlərdən böyük müəssisələrə qədər bir çox sahələrdə 3D-nin verdiyi imkanlardan geniş istifadə edilir.

Publika.az xəbər verir ki, yaponiyalı alimlər xərçəng əməliyyatlarında 3D-ni tətbiq etməklə bağlı inqilabi yeniliyə nail olublar.

Belə ki, dünya tibbi orqan transplantasiyasında süni orqan yaradarkən, yaponiyalı alimlər xərçəng xəstəliyinin 3D üsulu ilə əməliyyatlarını həyata keçirir. 3D görüntüsü ilə orqanın kopiyası hazırlanır, bu da xəstəliyin erkən müayinəsi və müalicəsində uğur payını artırır.

Yaponiyalı həkim Sugimoto “x-ray” cihazları ilə əvvəlcə orqanların 3D görüntüsünü əldə edib ki, bu da endoskopik əməliyyatlarda həkimə kömək edir. Lakin bu zaman həkimin mütəmadi olaraq gözü ekranda olmalıdır. Həkim bu fikirlərini bir az da inkişaf etdirib. Əməliyyatdan öncə xərçəng yaranmış orqanın 3D görüntüsünü əldə edib, onun kopiyası üzərində işləməyin daha yaxşı nəticə verəcəyini düşünüb. Bununla da əməliyyatdan əvvəl o hansı orqanda nə qədər kəsim aparılacağını, xərçəngin dəqiq yerini müəyyən etmiş olur. Həkimin tətbiq etdiyi son yenilik də məhz bundan ibarətdir. O, əməliyyatdan əvvəl orqanın dərisini su və ya başqa bir maye halında maddənin üzərinə köçürür. Nəticədə o əməliyyata girəndə artıq orqandakı şişi müəyyən edib kəsməkdə heç bir səhv etmir.

Sugimoto artıq bu inqilabi yeniliyini bir neçə xəstə üzərində tətbiq edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm