Dünən Bakıda küləyin sürəti saniyədə 30-32 metrə çatıb
Bizi izləyin

Ekologiya

Dünən Bakıda küləyin sürəti saniyədə 30-32 metrə çatıb

Bakıda əvvəlki illərdə də belə güclü küləklər müşahidə olunub.

Həftə sonu Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib ki, şimal-qərb küləyi ötən gün paytaxtda daha da güclənib.

Onun sözlərinə görə, fevralın 26-da küləyin sürəti saniyədə 30-32 metrə çatıb: "Bu gün gündüzdən isə arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şərq küləyi ilə əvəz olunub. "Küləklər şəhəri" deyilən Bakıda əvvəlki illərdə də belə güclü küləklər müşahidə olunub". (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm