Gürcüstan Azərbaycana qarşı Ermənistanın ADDIMLARINI ATIR
Bizi izləyin

Ekologiya

Gürcüstan Azərbaycana qarşı Ermənistanın ADDIMLARINI ATIR

Gürcüstandan Ermənistan yolu

Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən Publika.az-a verilən məlumata görə, suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.9, Ağstafaçayda 4.2, Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Fevral ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2, I Şahsevəndə 2.2, Bəhramtəpədə isə 2.4 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.92-6.93 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Fevral ayının III ongünlüyündə Kür çayında suyun sərfi fevral ayının II ongünlüyünə nisbətən 9 m3/san azalaraq 129 m3/san təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm