Bakını toz bürüyəcək - RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Ekologiya

Bakını toz bürüyəcək - RƏSMİ AÇIQLAMA

Sabah diqqətli olun...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin son iki gün ərzində apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib.

Nazirlikdən Azərtac-a verilən xəbərə görə, buna səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. Bu toz hissəcikləri atmosfer axınları ilə, xüsusilə də cənub, cənub-qərb axınları vasitəsilə Azərbaycana gəlib.

Əlverişsiz meteoroloji şəraitlə bağlı martın 14-də atmosfer havasında tozun miqdarının bir qədər də artacağı və prosesin martın 15-dən etibarən zəifləyəcəyi ehtimal edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm