Nazirlikdən zəli əməliyyatı - FOTO
Bizi izləyin

Ekologiya

Nazirlikdən zəli əməliyyatı - FOTO

29 min ədəd zəli Şirvan Milli Parkını basdı

29 min ədəd zəli Şirvan Milli Parkı ərazisində yerləşən və zəlilərin təbii areallarından biri olan Qızılqaz gölünə buraxılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, zəlilər KİV, ekoloji QHT və aidiyyəti dövlət qurumlarının iştirakı ilə gölə buraxılıb.

Qeyd edək ki, Qızılqaz gölündə zəlilərin yaşaması üçün münbit hidroloji, fiziki-kimyəvi və hidrobioloji şərait var və ərazidəki zəlilər yerli biotopun tərkib hissəsidir. Hazırda göldə suyun temperaturu normalara cavab verir.

40 min ədəd zəli isə Nazirliyin idarəetməsində olan müəssisədə saxlanca verilib, istintaq bitəndən sonra onlar da KİV, ekoloji QHT və aidiyyəti dövlət qurumlarının iştirakı ilə təbiətə buraxılacaq.

Xatırladaq ki, 2017-ci ilin yanvar-fevral aylarında qaçaqmalçılıq yolu ilə 69 min zəli ölkədən çıxarılarkən Gömrük İdarəsi tərəfindən müsadirə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm