Sabahın HAVA PROQNOZU
Bizi izləyin

Ekologiya

Sabahın HAVA PROQNOZU

Bəzi yerlərdə zəif duman, səhər çiskin olacaq.

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, martın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə zəif duman, səhər çiskin olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeronda gecə 3-6° isti, gündüz 10-15° isti, Bakıda gecə 4-6° isti, gündüz 13-15° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm