Ekologiya
250 il yatan vulkan oyandı
Rusiyanın Kamçatka yarımadasında yerləşən Kambalni vulkanı 250 ildən sonra oyanıb.
Publika.az xəbər verir ki, 250 il aradan sonra ilk dəfə püskürən vulkan tədqiqatçıları təəccübləndirib.
Vulkan 7 min metr hündürlüyə çıxan kül və toz buludu ilə dolu qorxulu bir mənzərə yaradıb.
Cümə günündən bəri vulkan kül buludu buraxır.
Ən son 1769-cu ildə partlayan Kambalni vulkanı 2156 metr hündürlüyə malikdir.
Ötən ilin dekabr ayında Kamçatkanın şimalında yerləşən Şivelux vulkanının püskürməsi nəticəsində 11000 metrə qədər yüksələn kül buludları meydana gəlmişdi.
Kamçatka yarımadasında ümumi 300-ə yaxın vulkan var və bunların 29-u fəal haldadır.
Könül Cəfərli
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı