Lerikdə qar kənd təsərrüfatına ciddi ziyan vurdu - - FOTO
Bizi izləyin

Ekologiya

Lerikdə qar kənd təsərrüfatına ciddi ziyan vurdu - - FOTO

İki gündür rayonun yüksək dağlıq ərazilərinə qar yağır.

Lerik rayonunda qeyri-sabit hava şəraiti kənd təsərrüfatına ciddi ziyan vurub.

Publika.az xəbər verir ki, iki gündür rayonun yüksək dağlıq ərazilərinə qar yağır və hazırda Orand, Zuvand ərazilərinə daxil olan kəndlərə yağmaqda davam edir. Bu da meyvə ağaclarının məhsuldarlığına ciddi təsir göstərir.

Bundan əlavə, yaz mövsümündə yağışın yağmaması, əksinə küləkli hava şəraitinin çox davam etməsi taxıl sahələrinə, eləcə də digər əkin yerlərinə problemlər yaradır. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm