Yağış yaşacaq, şimşək çaxacaq
Bizi izləyin

Ekologiya

Yağış yaşacaq, şimşək çaxacaq

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, mayın 25-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-16° isti, gündüz 20-25° isti, Bakıda gecə 14-16° isti, gündüz 23-25° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm