Kürdə biogen maddələrin miqdarı normadan dəfələrlə çoxdur
Bizi izləyin

Ekologiya

Kürdə biogen maddələrin miqdarı normadan dəfələrlə çoxdur

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən məlumat verilib.

Məlumatda bildirilib ki, suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 5, Ağstafaçayda 3, Ağstafaçay su anbarında isə 2.2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

May ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2.6, I Şahsevəndə 1.8, Bəhramtəpədə isə 2 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.74-8.38 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Məlumatda o da vurğulanıb ki, may ayının II ongünlüyündə Kür çayında suyun sərfi may ayının I ongünlüyünə nisbətən 95 m3/san artaraq 512 m3/san təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm