Ekologiya
Yağışlar çaylarda suyun səviyyəsinə necə təsir edib?
Bəzi yerlərdə yağan leysan xarakterli intensiv yağış nəticəsində bəzi çaylarda sululuq artıb, iyunun 17-də Pirsaatçay çayından isə sel keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 40, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 22 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 275 m3/s olmaqla ongünlük normanın 47 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 475 m3/s olmaqla ongünlük normanın 81 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 122 m3/s olmaqla, ongünlük normanın 72 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 185 m3/s təşkil edərək ongünlük normanın 109 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 2, Salyanda 8, Bankədə 5, Araz çayının Novruzlu məntəqəsində 30 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 410 sm (2016-cı il iyunun 19-da 351 sm), Şirvanda 285 sm, Salyanda 215 sm (2016-cı il iyunun 19-da 162 sm), Bankədə 200 sm (2016-cı il iyunun 19-da 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 115 sm (2016-cı il iyunun 19-da 68 sm) təşkil edir.
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO