Çayların suyu azalıb
Bizi izləyin

Ekologiya

Çayların suyu azalıb

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, hazırda məntəqədə su sərfi 67 m3/s olmaqla ongünlük normanın 32 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 195 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 67 m3/s olmaqla, ongünlük normanın 60 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 124 m3/s təşkil edərək ongünlük normanın 111 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 4, Araz çayının Novruzlu məntəqəsində 1 sm artım, Surrada 2 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 323 sm (2016-cı il iyulun 17-də 356 sm), Şirvanda 173 sm, Salyanda 90 sm (2016-cı il iyulun 17-də 120 sm), Bankədə 171 sm (2016-cı il iyulun 17-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 43 sm (2016-cı il iyulun 17-də 48 sm) təşkil edir.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 20-80, Lənkəran-Astara bölgəsi çaylarında 50, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm