Ölkədə radiasiya fonu hansı səviyyədədir?
Bizi izləyin

Ekologiya

Ölkədə radiasiya fonu hansı səviyyədədir?

Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin laboratoriyalarında su, torpaq və atmosfer havasından götürülmüş nümunələr üzərində analizlər aparılıb. Həmçinin Respublikanın hava hövzəsində rаdiоакtiv çirкlənmə üzrə müşаhidələr keçirilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, atmosfer havasının çirklənməsinin monitorinqi zamanı Bakı şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksidin 1.4, furfurolun isə 1.8 dəfə Yol Verilən Qatılıq Həddini (YVQH) keçdiyi məlum olub. Sumqayıt şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksid 1.2 dəfə YVQH-ni keçib. Mingəçevir, Gəncə, Şəki və Naxçıvan şəhərlərində isə atmosfer havasının çirklənməsi norma daxilində olub.

Yerüstü suların geokimyəvi rejimi və çirklənməsinin monitorinqi zamanı 16 su nümunəsi üzrərində 144 fiziki-kimyəvi analiz aparılıb. Analizin nəticələrinə əsasən Kiçik Qafqazın çaylarında fiziki-kimyəvi göstəricilər norma daxilində olub.

Torpaqların çirklənməsinin monitorinqi laboratoriyasında Gəncə şəhərində yerləşən sənaye müəssisələrinin ərazilərindən götürülmüş torpaq nümunələri üzərində 6 kimyəvi analiz aparılıb və nəticələr norma daxilində olub.

Ətraf mühitin radiasiya fonu üzrə müşahidələr Respublikanın bütün bölgələrində gün ərzində 3 dəfə olmaqla (09:00, 15:00, 18:00 saatlarında) aparılıb.

Belə ki, Bakı-Abşeron bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-17 mkR/saat – faktiki radiasiya şəraiti 9-10 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib. Naxçıvan MR-in ərazisində radiasiya təbii fonu yay fəsli üçün 8-21 mkR/saat – faktiki radiasiya şəraiti 11-13 mkR/saat olaraq qeydə alınıb və təbii fon daxilində dəyişib.

Kiçik Qafqaz bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-21 mkR/saat – faktiki radiasiya şəraiti 10-13 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.

Böyük Qafqaz bölgəsində radiasiya təbii fonu yay fəsli üçün 5-26 mkR/saat – faktiki radiasiya şəraiti 11-25 mkR/saat arasında dəyişib (bu bölgədə dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq təbii fonun digər bölgələrə nisbətən yüksək olması bölgə üçün xarakterikdir).

Mərkəzi Aran bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-18 mkR/saat – faktiki radiasiya şəraiti 9-18 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.

Lənkəran-Astara bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-19 mkR/saat – faktiki radiasiya şəraiti 10-10 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.

Ümumilikdə gün ərzində Respublikanın ayrı-ayrı bölgələrindən daxil olan müşahidə məlumatlarına əsasən təbii mühitin radiasiya fonunun norma daxilində dəyişdiyi qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm