Ekologiya
Ağackəsənlərdən şikayət edildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı şəhər sakinləri Həsrət Qocayev və Elçin Hüseynov tərəfindən Binəqədi rayonu, S.S.Axundov və İ.Dadaşov küçələrinin kəsişməsindəki ərazinin hasara alınması və ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.
Publika.az xəbər verir ki, şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda 174 m2 torpaq sahəsinin metal lövhələrlə hasara alındığı və hasarlanmış ərazinin daxilində 3 ədəd sərv ağacının yaş köküstə olduğu məlum olub, ağac kəsilməsi və zədələnməsi hallarına rast gəlinməyib.
Araşdırma zamanı məlum olub ki, Binəqədi rayon İcra Hakimiyyətinin sərəncamı əsasında S.S.Axundov və İ.Dadaşov küçələrinin kəsişməsindəki 174 m2 torpaq sahəsi bir mərtəbəli qeyri-yaşayış obyektinin tikintisi üçün fiziki şəxs Bağır Abdullayeva verilib.
Mövcud vəziyyətlə bağlı qanunamüvafiq qaydada akt tərtib edilib və ağacların qorunub mühafizə olunması və zədələnməsi hallarına yol verilməməsi üçün Binəqədi rayon İcra Hakimiyyətinə, rayon Polis İdarəsinə və fiziki şəxs B.Abdullayevə məktub göndərilib.
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO