Çaylarda suyun səviyyəsi azalıb?
Bizi izləyin

Ekologiya

Çaylarda suyun səviyyəsi azalıb?

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 40, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 65 m3/s olmaqla ongünlük normanın 42 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 73 m3/s olmaqla ongünlük normanın 48 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 33 m3/s olmaqla, ongünlük normanın 38 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 91 m3/s təşkil edərək ongünlük normanın 103 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 12, Şirvanda 2, Bankədə 31 sm artım, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 338 sm (2016-cı il iyulun 24-də 342 sm), Şirvanda 163 sm, Salyanda 74 sm (2016-cı il iyulun 24-də 130 sm), Bankədə 203 sm (2016-cı il iyulun 24-də 194 sm), Araz çayının Novruzlu məntəqəsində isə 42 sm (2016-cı il iyulun 24-də 58 sm) təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm