Sumqayıtda azot, Lənkəran çayında codluq normadan çoxdur
Bizi izləyin

Ekologiya

Sumqayıtda azot, Lənkəran çayında codluq normadan çoxdur

Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin laboratoriyalarında su, torpaq və аtmоsfеr hаvаsından götürülmüş nümunələr üzərində analizlər aparılıb, həmçinin Respublikanın hava hövzəsində rаdiоакtiv çirкlənmə üzrə müşаhidələr keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu gün atmosfer havasının çirklənməsinin monitorinqi zamanı Bakı şəhərində əsas çirkləndiricilərdən olan tozun birdəfəlik maksimal qatılığının 1.4, azot 4-oksidin 1.3, hidrogen flüoridin 1.2, furfurolun isə 1 dəfə Yol Verilən Qatılıq Həddini (YVQH) keçdiyi məlum olub. Sumqayıt şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksid 1.4 dəfə YVQH-ni keçib. Mingəçevir, Gəncə, Şəki və Naxçıvan şəhərlərində isə atmosfer havasının çirklənməsi norma daxilində olub.

Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin Su şöbəsinə 72 analiz nəticələri daxil olub. Böyük Qafqazın cənub yamacından axan çaylarda ionların miqdarı və suyun codluğu norma daxilində olub. Lənkəran- Astara zonasının çaylarından olan İstisuçay- Alaşa k.-də isə əksinə olaraq ionların cəmi 3.8, ümumi codluq isə 5.7 dəfə YVQH-ni keçib. Torpaqların çirklənməsinin monitorinqi zamanı götürülmüş 10 torpaq nümunəsi üzərində 30 fiziki-kimyəvi analiz aparılıb. Analizin nəticələri norma daxilində olub.

Ətraf mühitin radiasiya fonu üzrə müşahidələr Respublikanın bütün bölgələrində gün ərzində 3 dəfə olmaqla (09:00, 15:00, 18:00 saatlarında) aparılıb.

Belə ki, Bakı-Abşeron bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-17 mkR/saat – faktiki radiasiya şəraiti 8-11 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.Naxçıvan MR-in ərazisində radiasiya təbii fonu yay fəsli üçün 8-21 mkR/saat – faktiki radiasiya şəraiti 11-12 mkR/saat olaraq qeydə alınıb və təbii fon daxilində dəyişib.Kiçik Qafqaz bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-21 mkR/saat – faktiki radiasiya şəraiti 8-13 mkR/saat arasında olub və təbii fon daxilində olub. Böyük Qafqaz bölgəsində radiasiya təbii fonu yay fəsli üçün 5-26 mkR/saat – faktiki radiasiya şəraiti 10-21 mkR/saat arasında dəyişib (bu bölgədə dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq təbii fonun digər bölgələrə nisbətən yüksək olması bölgə üçün xarakterikdir). Mərkəzi Aran bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-18 mkR/saat – faktiki radiasiya şəraiti 10-18 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.Lənkəran-Astara bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-19 mkR/saat – faktiki radiasiya şəraiti 8-10 mkR/saat arasında olub və təbii fon daxilində olub.

Ümumilikdə gün ərzində Respublikanın ayrı-ayrı bölgələrindən daxil olan müşahidə məlumatlarına əsasən təbii mühitin radiasiya fonunun norma daxilində dəyişdiyi qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm