Ekologiya
Avropada gücü 900 vattdan çox olan tozsoranların satışına qadağa qoyulacaq
Sentyabrın 1-də Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrdə Aİ-nin gücü 900 vattdan, akustika gücü 80 desibeldən yuxarı olan tozsoranların satışını qadağan edən direktiv qüvvəyə minir.
Publika.az “EurActiv” informasiya resursuna istinadla xəbər verir ki, Avropa Komissiyasının fikrincə, elektrik enerjisinin istehlakını azaltmaq məqsədi daşıyan direktiv istehlakçıların qənaət etməsinə imkan verəcək. Ekspertlərin hesablamalarına görə, tozsoranların gücünün məhdudlaşdırılması 2020-ci il üçün Aİ-yə elektrik enerjisinə ildə saatda 20 teravattadək qənaət olunmasını təmin edəcək, istehlakçı isə gücü daha az olan qurğunun bütün istismar müddəti ərzində 55 avrodan çox qənaət edə biləcək.
Sentyabrın 1-dən Aİ ölkələrində pərakəndə satış subyektlərinə gücü 900 vattdan çox olan tozsoranların anbarlarda ehtiyatı bitənə qədər onları satmaq icazəsi veriləcək. Aİ-nin direktivi yuma funksiyalı, sənaye və robot tipli tozsoranlara şamil edilməyəcək.
Yeni tələblərə müvafiq olaraq, tozsoran istehsalçıları qablaşdırmada qurğuların nə qədər enerji istehlak etdiyini göstərməlidirlər. Yaşıl “A” hərfi enerji istehlakı səviyyəsinin aşağı, qırmızı “G” hərfi enerji istehlakı səviyyəsinin yüksək olduğunu bildirəcək.
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin