Qəbələdə meşə yanğını davam edir, nazir rayondadır
Bizi izləyin

Ekologiya

Qəbələdə meşə yanğını davam edir, nazir rayondadır

28 avqust 2017-ci il tarixindən Qəbələ rayonunun Solquca və Abrıx kəndləri yaxınlığındakı meşə ərazisində başlamış yanğın davam edir.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yer alan məlumatda deyilir.

Bildirilir ki, yanğının söndürülməsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 91 nəfər şəxsi heyət (46 nəfər Bakı qarnizonu şəxsi heyəti), 4 ədəd yanğınsöndürmə avtomobili, Mülki müdafiə qoşunlarından 58 nəfər şəxsi heyət, 4 ədəd texnika, Şimal-qərb Regional Mərkəzindən 20 nəfər şəxsi heyət, 4 ədəd texnika, Aviasiya dəstəsinin 1 ədəd yanğınsöndürmə helikopteri yanğının söndürməsi işlərinə cəlb olunub. Eyni zamanda Qəbələ Rayon İcra Hakimiyyətinin və Meşə təsərüfatı idarəsinin 50 nəfər canlı qüvvəsi və 13 ədəd müxtəlif təyyinatlı texnikası cəlb olunub.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov hazırda hadisə rayonundadır. Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm