İstirahət mərkəzindəki quşlarla bağlı şikayət
Bizi izləyin

Ekologiya

İstirahət mərkəzindəki quşlarla bağlı şikayət

Baki şəhəri, Nərimanov rayon sakini Rahib Yusifli tərəfindən Göygöl rayonunda yerləşən “Ağrıdağ” istirahət mərkəzində qanunsuz vəhşi quş saxlanılır.

Publika.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə şikayət daxil olub.

Şikayət Nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb. “Ağrıdağ” istirahət mərkəzinin ərazisinə keçirilən baxış zamanı qeyri-sərbəst şəraitdə saxlanılan vəhşi sar quşu aşkar edilib.

Araşdırma zamanı həmin quşun təbii mühitdən götürülməsi və saxlanılması barədə rəsmi təsdiqedici sənədin olmadığı məlum olub. Faktla bağlı “Ağrıdağ” istirahət mərkəzinin sahibi Şəmşi İsmayılov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 200 manat məbləğində cərimə edilib. Vəhşi quş isə təbiətə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm