• USD 1,7000 0,00% EUR 1,9978 -0,46%
    • GBP 2,2839 -0,56% RUB 0,0273 0,00%

Günəşdə GÜCLÜ PARTLAYIŞ: mütləq bunu edin!

  • Ekologiya
  • 8 Sentyabr 2017 10:50
  • 1 042 Baxış
Günəşdə GÜCLÜ PARTLAYIŞ: mütləq bunu edin!

Dünəndən ən güclü geomaqnit qasırğalarından biri başlayıb. Hazırda Günəş diskinin görünən səthində 4 aktiv ləkə qrupunda (AR) 94 ləkə müşahidə olunur.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, bu partlayış son illərin ən güclü geomaqnit qasırğasının yaranmasına səbəb olub:

“Hazırda Günəşdə görünən aktiv ləkə qrupları kifayət qədər böyükdür. Hətta AR 2673 və AR 2674 Yerdən tutqun şüşə ilə baxdıqda adi gözlə görünə bilər. Lakin ona qətiyyən birbaşa baxmaq olmaz. AR 2673 daha təhlükəli sayılır və maqnit sahəsi o qədər mürəkkəbdir ki, bu ləkələrin yanında hər an ixtiyari gücə malik, o cümlədən ən güclü rentgen X-sinfinə malik Günəş alışmaları baş verə bilər. Bu ehtimal 50 faizə çatıb və böyük rəqəmdir. Sentyabrın 6-da baş vermiş X-9 sinifli rentgen alışmasından sonra planetlərarası fəzaya atılmış Tac Plazma Kütləsinin (CME) təsirləri gözlənildiyindən də tez, dünən axşam saatlarında Yer ətrafına çatıb və son illərin ən güclü geomaqnit qasırğasının yaranmasına səbəb olub. Hazırda Günəş plazma küləyinin sürəti 726 km/san-dır”.

E.Babayev bildirib ki, bu gün və yaxın günlərdə güclü geomaqnit həyəcanlaşması davam edəcək: “Hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 8-dir (maksimum 9 olur). Yaxın saatlarda G3-G2 sinifli qasırğalar gözlənilir. Maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda - 11 ildə 1-2 dəfə baş verir. Hazırda planetlərarası maqnit sahəsinin Z komponentinin şimal istiqamətinə yönəlməsi vəziyyətin daha təhlükəli olmasının qarşısını alır.

Qasırğa yuxarı en dairələrində daha effektiv olur, orta coğrafi en dairələri üçün təsir nisbətən zəif olur”.

O bildirib ki, bu cür qasırğaların texnoloji sistemlərə təsir göstərməsi gözləniləndir:

“Bu qasırğa texnoloji sistemlərə də ciddi təsir göstərib. Artıq hər iki Amerika qitəsi ərazisində aşağı tezlikdə işləyən kommunikasiya siqnallarının işində təqribən 1 saatlıq deqradasiya yarandığı haqda məlumatlar yayılıb. Bu təsir R3 sinfinə mənsub (maksimum R5-dir) radio donma qasırğası olub. Digər tərəfdən, S1 sinifli radiasiya qasırğası da qeydə alınıb”.

E.Babayev Günəşdə bu partlayışların risk qrupuna daxil olan – xroniki ürək-qan-damar xəstələrinə, yaşlılara və uşaqlara təsir edə biləcəyini deyib:

“Bu qrupa daxil olan əhali gərginlikdən qaçmalıdır. Sağlam insanlar isə bu qasırğa səbəbindən səhhətlərində ciddi narahatlıq hiss etməyəcək. Kosmik hava şəraiti çox əlverişsizdir. Atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır”.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>