Nazirlikdən 45 min manatlıq cərimə
Bizi izləyin

Ekologiya

Nazirlikdən 45 min manatlıq cərimə

Ekologiyanı pozanlar 45 min manat cərimələnib.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bununla bağlı Ətraf Mühitin Mühafizəsi Departamenti araşdırma aparıb.

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 127 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 28 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 30 iş üzrə 45136,84 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə 6608,46 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 152 iş üzrə 51870,51 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 17, icra qurumlarına 9, məhkəmələrə isə 3 iş göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm