Şimşək çaxacaq, yağış yağacaq
Bizi izləyin

Ekologiya

Şimşək çaxacaq, yağış yağacaq

Sabah, sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-20° isti, Bakıda gecə 13-15°, gündüz 17-19° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 16-21° isti, dağlarda gecə 2-7°, gündüz 8-13° isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm