Geomaqnit qasırğası başladı - EHTİYATLI OLUN
Bizi izləyin

Ekologiya

Geomaqnit qasırğası başladı - EHTİYATLI OLUN

Dünən proqnozlaşdırılan geomaqnit qasırğası artıq başlayıb. Qasırğa G1 səviyyəsindədir.

Bu barədə Publika.az-a Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev məlumat verib.

Onun sözlərinə görə, geomaqnit indeksi Kp-nin qiyməti artıq 5-ə çatıb.

“Qasırğa gün ərzində davam edəcək. Günəş plazma küləyinin sürəti artqı 400 km/san-dir ve getdikcə artmaqdadır. Planetlərarası maqnit sahəsinin Z komponentinin cənuba doğru yönəlməsi həyəcanlaşmanı daha da artırır”.

E.Babayevin sözlərinə görə, bu dəfəki qasırğa yuxarı en dairələrində daha çox hiss ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm