• USD 1,7000 0,00% EUR 2,0012 -0,06%
    • GBP 2,2678 -0,44% RUB 0,0288 +0,35%

Kürdə biogen maddələr artdı

  • Ekologiya
  • 13 Oktyabr 2017 05:14
  • 226 Baxış
Kürdə biogen maddələr artdı

Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan bir neçə dəfə artıqdır.

Publika.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin apardığı araşdırma nəticəsində bu Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab suları ilə bağlıdır.

Oktyabr ayının I ongünlüyündə Kür çayında suyun sərfi sentyabr ayının III ongünlüyünə nisbətən 70.7 m3/san artaraq 147 m3/san təşkil edib.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində və Ağstafaçayda 3, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Oktyabr ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə , I Şahsevəndə və Bəhramtəpədə 2 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 7.1-8 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>