Qurban Yetirmişlidən ZƏLZƏLƏ AÇIQLAMASI: “Yaxın günlərdə dağıdıcı təkanlar...”
Bizi izləyin

Ekologiya

Qurban Yetirmişlidən ZƏLZƏLƏ AÇIQLAMASI: “Yaxın günlərdə dağıdıcı təkanlar...”

"Azərbaycanda seysmoloji fon səviyyəsi 8-9 bal gücündədir. Lakin bu, sabah belə bir gücdə zəlzələ olacağı anlamına gəlmir".

Publika.az xəbər verir ki, bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yertirmişli jurnalistlərə açıqlamasında deyib.

“2000-ci ildə noyabrın 25-də baş verən zəlzələ ocağında arabir aktivlik olur, lakin bu fon səviyyəsindədir. Onların heç biri Abşeronda hiss edilmir. Həmin zəlzələ Abşerondan 25-30 km məsafədə baş vermişdi. Bu gün də həmin ocaqda və ümumiyyətlə yer daxilindəki proseslər onlayn rejimdə peyk vasitəsilə ötürülür və yaxın günlər üçün təhlükə gözlənilmir.

Mətbuatda əməkdaşımız Tahir Kərimlinin fikirləri yanlış təqdim edilib. O, 8 bal gücündə zəlzələ gözlənildiyini deməyib. O, 8-9 ballıq zona olduğunu bildirib. Yəni bu zəlzələ 50, 100 ildə də ola bilər. Bakı ərazisi və ümumiyyətlə, Azərbaycanda fon səviyyəsi 8-9 bal gücündədir. Lakin bu, o demıək deyil ki, sabah bu gücdə zəlzələ ola bilər”.

Q.Yetirmişli bildirib ki, ilin əvvəlindən bugünə qədər ölkə ərazisində seysmoloji aktivlik fon səviyyəsindədir. Baş verən təkanlar hamısı zəif zəlzələlərdir: “İndiyədək aparılan tədqiqatlar göstərir ki, bu gün ölkə ərazisində güclü, dağıdıcı zəlzələ olmayacaq. Əminliklə deyə bilərəm ki, yaxın günlər üçün dağıdıcı təkan gözlənilmir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm