Ölkə ərazisində yağış, qar yağıb, bəzi yerlərdə leysan olub - (YENİLƏNDİ)
Bizi izləyin

Ekologiya

Ölkə ərazisində yağış, qar yağıb, bəzi yerlərdə leysan olub - (YENİLƏNDİ)

Noyabrın 22-si gündüzdən 23-ü səhərədək hava şəraiti qeyri-sabit olub, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində şimal-qərb küləyi əsib, Bakıda və Abşeron yarımadasında və bəzi rayonlarda arabir güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Zabrat, Binə, Montində 1, Lənkəran-Astara zonasında 1-42, Böyük Qafqazda 2-25, Kiçik Qafqazda 6-9, Mərkəzi-Aran rayonlarında 1-9, Naxçıvan MR-da 1-4, Qazax-Gəncə zonasında 1-3 mm olub.

Qar örtüyünün hündürlüyü Sarıbaş, Xınalıqda 22, Şahdağda 21, Qusarda 6, Gədəbəydə 5, Başdaşağıl və Altıağacda 4, Daşkəsən və Kişçayda (Şəki) 2, Qubada 1 sm təşkil edib.

***

Ötən gün axşam saatlarından şimal bölgəsinə qar yağmağa başlayıb.

Rayonun Xınalıq kəndində qarın hündürlüyü 22 sm çatıb. Kənd sakinləri qarın hazırda da davam etdiyini bildirib.

Ucqar dağ kəndləri ilə yanaşı, Qubanın rayon mərkəzinə də təxminən 1 sm-dək qar düşüb.(apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm