Sabah hava küləkli olacaq
Bizi izləyin

Ekologiya

Sabah hava küləkli olacaq

Bakı və Abşeron yarımadasında dekabrın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən Publika.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 5-8° isti, gündüz 9-13° isti olacağı gözlənilir. Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm