Akademik Həsən Əliyevin yubileyi ilə əlaqədar ağacəkmə aksiyası - FOTO
Bizi izləyin

Ekologiya

Akademik Həsən Əliyevin yubileyi ilə əlaqədar ağacəkmə aksiyası - FOTO

Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Qala-Türkan yolunun ətrafında ağacəkmə aksiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, aksiyada nazir Hüseyn Bağırov, nazirliyin əməkdaşları, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak edib. Qala-Türkan yolunun ətrafındakı 7 hektar ərazidə 4500 ədəd badam ağacı əkilib.

Xatırladaq ki, “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti tərəfindən 07 fevral 2017-ci il tarixində Sərəncam imzalanıb və bu, ölkə rəhbərliyinin Azərbaycanda ekologiya elminin inkişafına sanballı töhfələr vermiş böyük alimin elm və ictimai həyatına verdiyi yüksək qiymətin əyani ifadəsi kimi qiymətləndirilir. Sözügedən Sərəncamın 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Tədbirlər Planı"na əsasən Nazirlik tərəfindən silsilə tədbirlər keçirilir.

Qeyd edək ki, ictimai-siyasi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Əliyev Həsən Əlirza oğlunun Azərbaycan təbiətinin və ətraf mühitin mühafizəsi sahəsində xidmətləri əvəzsizdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm